jese

“Real Madrid”in keçmiş futbolçusu Xese Rodrigez Azərbaycanın “Sabah” klubuna transfer oluna bilər.

Globalinfo.az xəbər verir ki, artıq tərəflər əsas məsələlərdə razılığa gəliblər və yaxın günlərdə müqavilənin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasında “Ankaragücü”nün heyətində çıxış edən X.Rodrigez “Real Madrid”in yetirməsidir.

O həmçinin PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış edib.

Xese “Real”ın heyətində Çempionlar Liqasının qalibi olub.

Paylaş: