1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 11

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsi Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə baş verib. Evdə başlayan yanğın qısa müddət ərzində bütün otaqlara yayılıb. Əraziyə FHN-nin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub. Bütün səylərə baxmayaraq, ikimərtəbəli ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşının evinə qonaq getdiyindən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: