67cc69592dccc67cc69592dccd1741449561701d9d3cfcb9489de7043e225fa86301

Ucarda qəza olub, xəsarət alan var.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Qarabörk kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə etdiyi traktor toqquşub. Nəticədə ağır xəsarətlərlə kişi cinsli bir nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt bağlı araşdırma aparılır.

Paylaş: