Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 21 yaşlı gənc sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.