Çe Gevaranın bacısı vəfat etdi

İnqilabçı Ernesto Çe Gevaranın bacısı, Buenos Ayres Universitetinin memar və tədqiqatçısı Seliya Gevara de la Serna 94 yaşında vəfat edib.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

“Mən Latın Amerikasının ən böyük inqilabçı liderinin bacısı olduğum üçün çox qürur duyuram”, – deyən Seliya Gevaranın ölüm səbəbi və şəraiti açıqlanmayıb.

Çe Gevaranın bacısı Buenos Ayresin şimal ərazilərinin urbanizasiyası üzərində işləyirdi. Bundan əlavə, bəzi sosial problemlərin həlli ilə məşğul olurdu.