Cahit Bağcı yenidən Şuşada – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya gedib.

Globalinfo.az bildirir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“… dəfə Şuşadayıq. Biz onun yenidən qurulmasının və inkişafının şahidi oluruq”, – deyən diplomat Şuşanın Türk Dövlətləri Təşkilatı çərçivəsində 2023-cü ildə Mədəniyyət Paytaxtı olması üçün şəhərdə hazırlıqlar getdiyini vurğulayıb.

Qeyd edək ki, Cahit Bağcı Şuşada Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fahrettin Kocanı müşayiət edir.

Yeri gəlmişkən, Cahit Bağcı bir neçə gün öncə beynəlxalq Qarabağ Biznes Forumu ilə əlaqədar Şuşaya səfər etmişdi.