Rusiya Prezidenti Vladimir Putin insanın ölümsüzlüyü ilə bağlı səsləndirilən suala münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Putin əbədiyyətin yalnız Allaha məxsus olduğunu deyib.
Dövlət başçısı qeyd edib ki, insan da daxil olmaqla bütün canlılar fanidir və heç bir varlıq sonsuz həyata sahib ola bilməz.
“Bütün varlıqlar fanidir, yalnız Allah əbədidir”, – deyə Putin vurğulayıb.
Onun bu açıqlaması insanın bioloji və texnoloji yollarla ölümsüzlüyə nail ola biləcəyi ilə bağlı gedən müzakirələr fonunda səslənib.
Əliyar Xəlil