Rusiyanın Azərbaycanla hər zaman mehriban münasibətləri olub və indi də elədir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya liderinin sözlərinə görə, Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin konkret məzmunla zənginləşdirilməsi istiqamətində mühüm səylər göstərir.
Putin həmçinin yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığını açıqlayıb.
O əlavə edib ki, Rusiya İran istiqamətində humanitar yüklərin çatdırılmasına göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə, xüsusilə Prezident İlham Əliyevə minnətdardır.
Aysel Əliyeva
Globalinfo.az