710827318 1330752665827533 2622356156221118613 n

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda iştirak edir.

Globalinfo.az bildirir ki, forumdan əvvəl Niyazi Bayramov Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə və ölkəni forumda təmsil edən digər rəsmilərlə birgə Tbilisidə yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Qeyd edək ki, forumun əsası 2007-ci ildə Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub. Bu platforma şəhərlərin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş gələcəyinin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.

710742263 1330752765827523 3570434811437311513 n711405676 1330752709160862 8942289947466358089 n710555358 1330752792494187 3098583261577333198 n

Paylaş: