WhatsApp Image 2025 07 02 at 13.00.30

Azərbaycan Rusiya bazarında Ermənistan məhsullarının azalması nəticəsində yarana biləcək boşluğun bir hissəsini doldurmaq potensialına malikdir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib.

Titovun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sektoru daha geniş imkanlara sahibdir və ölkə Rusiyaya daha böyük həcmdə məhsul ixrac edə bilər.

O qeyd edib ki, Moskva ilə İrəvan arasında münasibətlərdə müşahidə olunan gərginlik fonunda Rusiya bazarında təchizat zəncirində dəyişikliklər baş verə bilər. Bu halda Azərbaycan istehsalçıları üçün əlavə imkanlar yarana bilər.

Rusiya rəsmisi hesab edir ki, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının tədarükündə Azərbaycanın payının artması mümkündür. Onun fikrincə, bu proses iki ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: