tayland

Taylandın Baş naziri Anutin Çanvirakun əcnəbiləri ölkə ərazisində ölməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Baş nazir bu sözləri Taylandda əcnəbilər üçün xüsusi qəbiristanlığın yaradılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

O, məsələni artıq həddin aşılması kimi qiymətləndirib. Bildirib ki, xaricilər Taylandda yox, gedib öz ölkələrində ölməlidirlər.

Baş nazir həmçinin vurğulayıb ki, əcnəbilərin Tayland hakimiyyətinin icazəsi olmadan dini müəssisələr və icmalar yaratmamalıdır.

Anutin Çanvirakun ölkə qanunlarını pozan əcnəbilərə nəzarətin gücləndirilməsini tapşırıb. Onun sözlərinə görə, Tayland xariciləri qəbul etməyə hazırdır, lakin bu münasibətlər hər iki tərəf üçün faydalı olmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: