masin qar 1

Özbəkistanda havanın temperaturunun mənfi 24 dərəcəyə düşəcəyi gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistanın Hidrometeorologiya Xidməti Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qış aylarında ölkə ərazisində havanın orta temperaturu 5 dərəcə isti olur.

Dekabrın 12-dək isə ölkədə havanın temperaturu mənfi 24 dərəcəyədək enməsi anomal hava şəraiti hesab edilir.

Bildirlib ki, ən aşağı temperatur ölkənin şimalında, Qaraqalpaqıstanda və Xarəzm vilayətində gözlənilir.

Paylaş: