Avropa nəhəngi Rusiyaya “gizli müharibə” elan edib – Medvedev

“Uzun müddət Rusiyanın düşməni hesab edilən “Böyük Britaniyanın axmaq məmurları” başa düşməlidirlər ki, onların ölkəsi müharibə vəziyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, Böyük Britaniya Ukraynanı mütəxəssislər və avadanlıqla təmin edir, bununla da müttəfiq kimi çıxış edir:

“Buradan belə çıxır ki, Böyük Britaniya artıq Rusiyaya qarşı müharibə aparır, lakin rəsmi olaraq elan olunmamış…”

Medvedev hesab edir ki, bu halda hücuma kömək edən mülki şəxslər, hətta hərbçilər qanuni hərbi hədəf ola bilər.

Zaira Akifqızı
Globalinfo.az