3 19 scaled

İrandakı etirazlar İsrailABŞ-ın İslam Respublikasına qarşı apardığı müharibənin yeni mərhələsidir və əsas məqsəd ölkəni parçalamaqdır.

Globalinfo.az-ın məlumatına görə, bunu İran hökumətinin İnformasiya Texnologiyaları Şurasının üzvü Maşallah Şəmsülvaezin bəyan edib.

Onun sözlərinə görə, dünən gecə baş verən hadisələr İsrailin və ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəsinin ikinci mərhələsi kimi qiymətləndirilməlidir.

Maşallah Şəmsülvaezin bildirib ki, İranın müxalif qüvvələri sadəcə taktikanı dəyişərək ölkəni daxildən sabitsizləşdirməyə çalışırlar.

“Bu etirazlar 2025-ci ilin iyun ayında baş vermiş hərbi əməliyyatların birbaşa davamıdır və bu prosesə görə məsuliyyəti İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp daşıyır. Bəli, bu, açıq şəkildə İrana hücumdur. Onlar öz çirkin əməllərində dinc xalqdan istifadə edirlər”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: