Bu gündən universitetlərdə yaz semestri başlayır

Azərbaycanın ali təhsil müəssisələrində 2023/2024-ci tədris ilinin yaz semestri başlayır.

Globalinfo.az xəbər verir ki, dərslər mayın 31-dək davam edəcək.

İyunun əvvəlindən isə semestrin imtahan sessiyası başlayacaq.

Qeyd edək ki, tələbələrin qış tətili fevralın 1-dən 16-dək davam edib.