IMG 2183

Polşanın “Qornik” klubunun sol vingeri Taofik İsmahil futbol karyerasını Azərbaycanda davam etdirmək üzrədir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, “Qarabağ“ın futbolçu üçün apardığı danışıqlar artıq yekunlaşmaq mərhələsindədir.

Ağdam təmsilçisi nigeriyalı hücumçu üçün 700 min avro (təxminən 1.4 milyon manat) ödəməyə hazırdır.

Ötən mövsümü icarə əsasında “Lex”in heyətində keçirən 26 yaşlı nigeriyalı hücumameyilli oyunçu müqavilə ilə məxsus olduğu “Qornik”ə geri dönməyib. İddia olunur ki, nigeriyalı futbolçu transfer prosesini bitirmək məqsədilə artıq Bakıya gəlib.

Qeyd edək ki, hazırkı transfer dəyəri 1.5 milyon avro olaraq qiymətləndirilən Taofik İsmahilin Polşa təmsilçisi ilə olan rəsmi müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Qarabağa keçidi gözlənilən vingerin transferinin DETALLARI

Paylaş: