IMG 2183

Polşanın “Qornik” klubunun sol cinah oyunçusu Taofik İsmahil karyerasını Azərbaycanda davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, “Qarabağ”ın 26 yaşlı nigeriyalı futbolçunun transferi ilə bağlı danışıqlarda yekun mərhələyə keçdiyi bildirilir.

Ağdam təmsilçisinin İsmahil üçün 700 min avro (təxminən 1,4 milyon manat) ödəməyə hazır olduğu qeyd olunur.

Ötən mövsümü icarə əsasında “Lex”də keçirən hücumameyilli futbolçu “Qornik”ə qayıtmayıb. İddiaya görə, İsmahil transfer məsələsini yekunlaşdırmaq üçün artıq Bakıya gəlib.

Hazırda transfer dəyəri 1,5 milyon avro qiymətləndirilən futbolçunun “Qornik”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Taofik İsmahilin bu il “Qarabağ“dan ayrılan Abdullah Zubirin mövqeyində oynayacağı deyilir.

Qarabağa keçidi gözlənilən vingerin transferinin DETALLARI

Paylaş: