Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 60 kq-da çıxış edən idmançı 1-ci yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Kalmatovla qüvvəsini sınayıb.

Əsas vaxtda hesab açılmayıb. Qızıl xal bölümündə rəqibini məğlub edən B.Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.