Boris Conson bir çıxışına yarım milyon pul aldı

Boris Conson konfransda çıxışı üçün 276 min funt sterlinq (558 000 AZN) pul alıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson keçən ay ABŞ-ın Kolorado ştatında Sığorta Agentləri və Brokerləri Şurasının (CIAB) təşkil etdiyi konfransda çıxış etdiyi üçün qonorar alıb.

Bildirilib ki, Consona 8 saat 30 dəqiqəlik iş üçün pul verilib. Keçmiş baş nazirin isə 32.500 funt-sterlinq (65000 AZN) əməkhaqqı aldığı bildirilir.