FMOngLaWQAEJ2y0

Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın İranla bağlı mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Andrey Rudenko danışıb. O bildirib ki, Rusiya ABŞ və Böyük Britaniyadan fərqli olaraq İranla kəşfiyyat məlumatlarını paylaşmır.

Onun sözlərinə görə, Vaşinqton və London bu cür məlumatları Ukraynaya ötürür və bu məlumatlardan Rusiyanın mülki infrastrukturuna qarşı hücumlar zamanı istifadə olunur.

Rudenko eyni zamanda İranı “səbəbsiz və qanunsuz hücumun qurbanı” adlandırıb. O qeyd edib ki, Tehran beynəlxalq hüquqa uyğun şəkildə özünümüdafiə hüququndan istifadə edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: