BMT baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyətlə bağlı müzakirələr apardılar – VİDEO


Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Qahirədə keçirilən sülh konfransı çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişel, Aİ-yə sədrlik edən İspaniya Baş naziri Pedro Sançez və BMT Baş katibi Antonio Quterreş ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Jozep Borrel “X” hesabında paylaşım edib.

“Qəzza zolağında mülki əhalinin ehtiyaclarını ödəyən yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var”, – deyə o paylaşımda bildirib.