Blinkenin XİN başçıları ilə görüşü başladı

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş ABŞ Dövlət Departamentinin Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində baş tutur.

Dövlət katibi üçtərəfli görüşdən öncə açıqlama verəcək.