63237a03cfaba63237a03cfabb166326937963237a03cfab663237a03cfab8

Biz Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq.

Globalinfo.az APA-a istinadla bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Twitter” hesabındakı paylaşımında qeyd edib.

“Biz Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq və onu möhkəmləndirmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviq edilməsinə sadiqdir”, – deyə Blinken qeyd edib.

 

Paylaş: