İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.
Globalinfo.az xəbər verir ki, Bəqayi Vaşinqtonu İran vətəndaşlarına iqtisadi təzyiq göstərməkdə ittiham edib və ABŞ-ın bəzi İran rəsmilərinə qarşı elan etdiyi tədbirləri “teatr” adlandırıb.
Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran xalqının gündəlik həyatına və iqtisadi vəziyyətinə təsir göstərir.
İran XİN sözçüsü həmçinin ABŞ mediasının və təbliğatının bütün ölkə əhalisinin dolanışığına təsir edən genişmiqyaslı sanksiyalara diqqət yetirmədiyini, bunun əvəzində ayrı-ayrı rəsmilərin müəyyən mağazaların klub kartlarından istifadə imkanlarına dair məhdudiyyətləri ön plana çıxardığını bildirib.
Bəqayi bu yanaşmanı ABŞ-ın İrana qarşı siyasətindəki ikili standartların göstəricisi kimi qiymətləndirib.
Tahir Turan
Globalinfo.az