Baydendən seçki açıqlaması: “Əgər qalib gəlsəm…”

“ABŞ prezidenti Co Bayden seçkilərdə qalib gəlsə, ikinci müddətlik prezidentlik dövrünü tam başa vurmaq niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer deyib.

Qeyd edək ki, Bayden daha öncə Konqresə yazdığı məktubda prezident seçkilərindən geri çəkilmək fikrində olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Demokrat Partiyası diqqəti indiki seçki yarışına cəmləmək üçün onun başqa namizədlə əvəzlənməsi məsələsini bağlamalıdır.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az