Bayden əməliyyat olundu

Bayden iyunun 12-də əməliyyat olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda qeyd edilib ki, stomatoloqlar ABŞ Prezidenti Co Baydenin üzərində iltihablı pulpanı – diş boşluğunu dolduran birləşdirici toxumanı çıxarmaq üçün əməliyyat keçiriblər.

Dövlət başçısının müalicə həkimi Kevin O’Konnorun sözlərinə görə, ABŞ lideri iyunun 11-də diş ağrısından şikayət edib, müayinə zamanı xəstə dişin depulpasiyası zərurətinə qərar veriblər.

“Prezident proseduru yaxşı keçirib. Heç bir fəsad olmayıb”, – deyə həkim vurğulayıb.

Xatırladaq ki, əməliyyat səbəbilə ABŞ Prezidenti Co Baydenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında iyunun 12-də baş tutmalı olan görüş iyunun 13-nə keçirilib.