Baydenlə Stoltenberqin görüşü təxirə salındı

ABŞ Prezidenti Co Baydenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında bu gün baş tutmalı olan görüş iyunun 13-nə keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Bayden-in NATO-nun baş katibi Yens Stoltenberq ilə ikitərəfli görüşü və ABŞ diplomatik missiyalarının rəhbərləri üçün Ağ Evdə keçiriləcək qəbul sabaha təyin edilib”, – deyə məlumatda bildirilir.

Ağ Ev görüşün təxirə salınması üçün səbəb göstərməyib.