Putin nüvə silahı ilə bağlı sənəd imzaladı – FOTO

Rusiya Prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasını ləğv edən qanun sənədini imzaladı.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bununla da Rusiya nüvə sınaqlarının qadağan olunması ilə bağlı razılaşmadan rəsmi olaraq imtina etdi.