Baltalı hücumda yaralanan daha bir şəxs öldü

İyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan 1955-ci il təvəllüdlü Hicran Sərrac oğlu Həşimov da tibbi müdaxilələrə baxmayaraq iyunun 4-də xəstəxanada ölüb.

Qeyd edək ki, Zümrüd Haşımova da aldığı xəsarətlərdən dünən saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarət alan şəxslərdən 3 nəfər – S.Həşimovun əmisi və onun ailə üzvləridir.

Araşdırma aparılır.