Abşeronda mübahisə qanla bitdi: 3 nəfər xəstəxanalıq oldu, qadın öldü – YENİLƏNİB

İyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a a Baş Prokurorluqdan bildirilib.

 

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.

Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir. Nəticəsi barədə əlavə məlumat veriləcək.

***

Digah qəsəbəsində ailə-məişət zəminində qətl hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə qohumlar arasında metal boru üçün düşüb.

1966-cı il təvəllüdlü Həşimova Zümrüd Dardail qızı və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Həşimov Hicran Sərənc oğlu, o cümlədən 1981-ci il təvəllüdlü Kərimova Xəyalə Hicran qızı qohumu tərəfindən baltalanıb. Aldığı ağır xəsarətlərdən Z.Haşımova dünyasını dəyişib. Digər iki nəfər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Abşeronda münaqişə zamanı xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.

Yaxınlarının verdiyi məlumata görə, qohumlar arasında mübahisə metal borunun düzgün quraşdırılmaması olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.