Bakıda “Prius”un sürücüsü saxlanıldı: maşından heroin çıxdı – VİDEO

Suraxanı DYPŞ-nin əməkdaşları xidmətdə olarkən  99-UD-357 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayarkən narkotik vasitələrin təsiri altında olduğunu müəyyən ediblər.

Bunu Globalinfo.az-a Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, avtomobildə olan 1974 cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib:

“Baxış zamanı 1 kiloqram 26 qram heroin aşkar edilib. Avtomobildə olan şəxslər və digər maddi sübutlar DYP əməkdaşları tərəfindən aidiyyatı üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə müvafiq araşdırmanın aparılması üçün təhvil verilib”.