Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub – VİDEO

Bakı şəhərinin Suraxanı rayonunda onikimərtəbəli yaşayış binasında yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan mənzilin eyvanında 5 kvadratmetr sahədə məişət tullantıları və taxta qırıntıları yanıb.

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.