Bakıda sürücü ağır qəza törətdi – Anbaan video

Bakıda ötən gün gecə saatlarında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə Xəzər rayonunun Şüvələn qəsəbəsində qeydə alınıb.

Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü 1.1 nişanlama xəttinin olduğu yolda qarşıda hərəkət edən VAZ-2107 markalı maşını ötmək istəyib.

Bu zaman “Saipa”ın sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini əvvəlcə VAZ-2107-yə, daha sonra yol kənarındakı ağaca çırpıb.

Qəza zamanı üç nəfərin yüngül bədən xəsarətləri aldığı bildirilib.

Həmin görüntüləri təqdim edirik: