Bakıda restoranda güclü yanğın – VİDEO

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 274 kvadratmetr (hər mərtəbəsi 137 kvadratmetr) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.