Avtobusun vurub öldürdüyü piyadanın kimliyi məlum oldu – YENİLƏNDİ

Abşeron rayonu Novxanı-Binəqədi yolunda baş verən qəzada ölən piyadanın kimliyi məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub.

Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.

Qeyd olunub ki, avtobusun sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

19:25

Novxanı-Binəqədi şosesində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin çıxışında qeydə alınıb.

Orta yaşlı kişi piyada yolun əks tərəfinə keçmək istəyərkən onu “İkarus” markalı avtobus vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ölən şəxsin şəxsiyyətini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə təhvil verilib.