411330154 386828460406798 2914796608538908701 n

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 800 kv.m. sahədə kol-kos və qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Sabunçu rayonunda baş verən güclü yanğınla bağlı açıqlama verib.

FHN-dən Globalinfo.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:

“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıların toplandığı ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb”.

***

Sabunçu rayonunda güclü yanğın başlayıb. 

Globalinfo.az-ın məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində qeydə alınıb.

Belə ki, güclü yanğın qaz borularının yaxınlığındakı ərazi yazır.

Paylaş: