Bakıda minik avtomobili avtobusla toqquşdu – VİDEO

Bakının Xətai rayonu, Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, “Hyundai Santafe” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində yolda nəqliyyatın hərəkəti çətinləşib.

Qəzada xəsarət alanların olduğu bildirilir.

Həmin görüntüləri təqdim edirik: