1771089823 c5111edc3e0bb1bc50903a8f14139c1d 3

Sumqayıt şəhərində mənzildə baş verən yanğın söndürülüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

***16 fevral 23:58

Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzildə yanğın başlayıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumatın veriləcəyi bildirilir.

Paylaş: