Bakıda məşhur attraksion yenidən açıldı

“Yeni Bulvar”da yerləşən “şeytan çarxı” yenidən istifadəyə verilir.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl təmirə bağlanan attraksiona baxış keçirilməsi məqsədilə Niderlanddan ekspertlər dəvət olunublar. Onlar çarxın istismara yararlılığına dair rəy veriblər.

Qeyd edək ki, attraksion 2014-cü ildən fəaliyyət göstərir. Diametri 60 metr olan attraksionda hərəsində səkkiz nəfər üçün yer olmaqla 30 kabinə var.

Təhlükəsizlik səbəbindən küləkli hava şəraitində attraksionun fəaliyyəti dayandırılır.