Azərbaycanda güclü zəlzələ oldu – YENİLƏNDİ

Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələnin maqnitudası 5,5, dərinliyi 70 km olub.

Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

***08:49

Xəzər dənizində zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***08:18

İlkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub.

Mövcud məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

***

Bu dəqiqələrdə Bakıda güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, təkanlar bir neçə istiqamətdə hiss edilib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.