Bəzi ölkələrin AQEM-in fəaliyyətinə marağı artır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Nazir praktiki əməkdaşlığın təşviqinə yönəlmiş regional təşkilatların rolunun getdikcə artdığını və onlar arasında əməkdaşlığın vacib olduğunu bildirib: “Biz AQEM-i bu prosesdə mühüm iştirakçı hesab edirik. Müşavirə Avrasiya İqtisadi Komissiyası, ŞƏT Katibliyi və ŞƏT-in Regional Antiterror Strukturu ilə işgüzar əlaqələr qurub”.
O, iştirakçı ölkələrin ortaq məqsədinin müşavirəni yeni reallıqlara uyğunlaşdırmaq, qitədə artım və rifahı təmin etmək üçün onun imkanlarından istifadə etmək olduğunu bildirib.
Rusiya XİN rəhbəri Azərbaycana qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
“Azərbaycana müşavirəmizin sədri kimi uğurlar arzulayıram”, – deyə Lavrov söyləyib.