2026 10 15 13 25 15u9zH1irim104RoJxzqPg file

Londonda Əbu-Dabi hakim ailəsinin üzvü olan 32 yaşlı Məhrə əl Nəhyanla bağlı hadisə gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, şahzadə Londonun sıx küçələrindən birində çəpərə söykənmiş vəziyyətdə huşunu itirib.

Həmin vaxt onun üç yaşlı uşağı ayaqqabısız halda, hərəkətdə olan avtomobillərin yaxınlığında nəzarətsiz qalıb.

Hadisəni görən şəxslər uşağın təhlükəsizliyini təmin etməyə çalışıblar.

Şahzadənin təxminən yarım saat ərzində özünə gəlmədiyi, polis gələnədək ətrafdakı insanların uşağa nəzarət etdiyi bildirilir.

Məlumata əsasən, şahzadənin çantalarında narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan ləvazimatlar aşkarlanıb.

Lakin qanunsuz maddə tapılmayıb.

Məhrə əl Nəhyan Londonun Sautuork Kral Məhkəməsində hakim qarşısına çıxıb və uşağa qarşı səhlənkar davranışla bağlı ittihamı qəbul edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: