1717592931 polis 735x400 1

Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

DİN-dən Globalinfo.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar.

Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Paylaş: