Qəbələdə bina yandı: sakinlər təxliyə edildi

yangin

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Bu barədə Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.