Bakıda beşmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 m² sahədə məişət tullantıları yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.