nazim bayram

26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə qətlə yetirməkdə ittiham edilən şəxsin işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, prokurorluq və daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, Nazim Bayramov (Bayram) tanınmış hərbi ekspertdir. O, Birinci Qarabağ müharibəsində diviziya komandiri olub, həmçinin Vətən müharibəsində də könüllü kimi iştirak edib.

14962525 997145987064457 3869910838986063188 n
169420107 3596905470421816 3093908079105791531 n

Paylaş: