Bakıda beş nəfər yeniyetməni təkləyib döydülər

Bakıda yeniyetmə döyülüb.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə saat 22 radələrində Yasamal rayonu A. Abbasov küçəsində baş verib.

Şəxsiyyəti məlum olmayan 5 nəfər burada Bərdə rayon sakini 17 yaşlı Şamxal Şahin oğlu Əsgərovu döyüblər.

Faktla əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.