Qəbələdə məktəb yandı

Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 26 m² olan sinif otağında döşəmə 10 m² sahədə yanıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.