Bakıda ağır yol qəzası: ölənlər var – VİDEO

Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.

Globalinfo.az xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.

Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Gərəyov Coşqun Zamiq oğlu ölüb.

İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralı sərnişinlər – 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.