“Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu, tələ idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Madrid prinsiplərinə qədər erməni tərəfinin mövqeyi Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkibində olmaması və SSRİ-nin dağıldığı dönəmdə öz müqəddəratını təyin etməsi haqqı ilə bağlı idi. Amma Madrid prinsipləri ərazi bütövlüyü ilə bağlı prinsipləri özündə ehtiva edirdi və öz müqəddəratını təyinat burada Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi, mexanizmin Bakı ilə razılaşdırılması şəklində qeyd olunurdu. Beləliklə Qarabağ erməni tərəfinin qərarı ilə Azərbaycanın tərkib hissəsi kimi tanınmağa başladı. Əgər Qarabağ Azərbaycanın tərkib hissəsi deyildisə onun statusu niyə Azərbaycanla razılaşdırılmalı idi? Madrid prinsiplərinə qədər Qarabağın öz müqəddəratını təyinatı yeri SSRİ idi, bundan sonra isə Azərbaycan oldu. Bu o deməkdir ki, Qarabağ öz müqəddəratının təyinatı üçün Azərbaycanın tərkibində olmalıdır, əks təqdirdə öz müqəddəratını təyinatla bağlı sual yaranır. Biz bu tələdən müəyyən metodlarla çıxmağa çalışdıq. Lakin tələ beynəlxalq səviyyədə razılaşdırılmışdı deyə, bunu edə bilmədik” – deyə o bildirib.
İlkin Həsənov
Globalinfo.az